XİDMƏTLƏR

İstehsalat

Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə iki böyük zavodu fəaliyyətdədir.

Müəssisənin “Bismak” markası ilə istehsal etdiyi şirniyyat və un məmulatları yerli  bazarın lideridir. Markanın məhsullarını istehsal edən “Bismak” zavodu 06.04.2004 – cü il tarixdə təsis edilib.  2005-ci ilin noyabr ayında zavodun açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Zavod 81600 м2 sahəni əhatə edir. Zavodun müasir üslubda tikilmiş üç mərtəbəli ofis binası, 6 istehsal xəttinə sahib “Biskvit” fabriki, 3 istehsal xəttinə sahib “Makaron” fabriki, müasir dəyirman kompleksi,  2 şokolad istehsal xətti, 1 marmelad xətti və 1 draje xəttindən ibarət “Şokolad” fabriki  var. Zavodda 350 nəfərdən artıq işçi çalışır. “Bismak” zavodunun yaradılmasında məqsəd yeni texnologiyalar əsasında yüksək keyfiyyətli məhsul istehsal etməklə yerli istehsalı gücləndirmək və xarici bazarlara rəqabət qabiliyyətli məhsullar ixrac etməkdir.

“Bismak” zavodunda istehsal olunan məhsullar:

  • Şəkərli peçenye: “Moskva”, “Qız qalası”, “Buratino”, “Nejnoe”, “Milk”, “Glucose”, “Nice”, “Toplyonoye moloko”;
  • Sərt peçenye: “Sport”, “Petit Buerre”;
  • Kremli peçenyelər;
  • Pryanik;
  • Kreker;
  • Vafli;
  • Un və Makaron;
  • Biskvit;
  • Konfet, Marmelad.

“Çörəkçi” zavodu Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və “Delta Qrup C.O.” MMC-nin vəsaiti hesabına 14.01.2013-cü il ildə təsis edilmişdir. Zavodun açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Zavodun təsis edilməsində məqsəd sanitar-gigiyenik norma tələblərinin gözlənildiyi istehsal müəssisəsində, əl dəymədən, tam avtomatlaşdırılmış qaydada istehsal olunan çörək və çörək-bulka məmulatları ilə bu sahədə olan təlabatı qarşılamaqdır.

 

Almaniyanın Werner&Pfleiderer şirkətinin avadanlığı və texniki dəstəyi ilə qurulmuş zavodda istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunub.

“Çörəkçi” zavodunun gündəlik istehsal gücü 150 tondur.

Zavod kompleksinə daxil olan taxıl anbarı və un dəyirmanı Türkiyənin aparıcı şirkətlərinin texnologiyası əsasında qurulmuşdur. Taxıl məhsullarının tədarükü və saxlanması üçün hər birinin tutumu 4 min ton olan 6 anbar inşa olunmuşdur. Anbarda quraşdırılmış təmizləmə və qurutma sistemləri tədarük olunacaq taxıl məhsullarının itkisiz və uzun müddət ərzində saxlanmasına imkan verir. Kompleksin tərkibində taxıl anbarının olması xammal bazasının yaradılması baxımından əhəmiyyətli rola malikdir. Taxıl anbarı kompleksinə daxil olan un, dəyirmanın və çörək zavodunun fasiləsiz fəaliyyətini təmin edir. Gündəlik istehsal gücü 250 ton olan dəyirman kompleksində ən son texnologiya sayılan quru təmizləmə sisteminin tətbiqi digər ənənəvi dəyirmanlardan fərqli olaraq daha geniş həcmdə əla, birinci və ikinci növ keyfiyyətli un istehsalına tam şərait yaradır.

“Çörəkçi” zavodu şirniyyat çeşidləri, buğda tərkibli çeşidlər, çovdar tərkibli çeşidlər istehsal edir.

  • Buğda tərkibli çeşidlər: Zavod çörəyi, baton ekstra, baton sadə, baton kəpəkli, sağlam çörək, suxarı çörəyi, pəhriz çörəyi;
  • Çovdar tərkibli çeşidlər: Zirəli çörək, fermer, kömbə çovdarlı, borodino, pribaltika;
  • Şirniyyat çeşidləri: Kruassan, bulka.

“Delta Qrup C.O.” MMC – nin istehsal müəssisələrində istehsal olunan məhsulların əsas xüsusiyyətləri:

  • Uyğun qiymətə keyfiyyətli məhsullar;
  • Gigiyenik qablaşdırma;
  • Çeşid müxtəlifliyi;
  • Təbii məhsullardan hazırlanma;
  • Konservantsız;
  • Dadlı, keyfiyyətli, doyumlu, faydalı;
  • Ailəvi, etibarlı.

İstehsalı ilə məşğul olduğumuz məhsullar keyfiyyətlidir, çünki:

  • Əməkdaşlara mütamadi sanitar – gigiyenik norma tələblərinə əməl olunması barədə təlim verilir;
  • İstehsalatda kritik nəzarət nöqtələri müəyyənləşdirilir;
  • İstehsalın hər bir mərhələsinə nəzarət sistemi tətbiq olunur;
  • Qabaqlayıcı və tənzimləyici fəaliyyətlərin idarə olunması nəticəsində aşkarlanmış uyğunsuzluqlar dərhal aradan qaldırılır.

“Delta Qrup C.O.” MMC – yə aid olan “Çörəkçi” zavodunun Sumqayıt şəhərində 3 sayda firma mağazası fəaliyyət göstərir. Firma mağazalarında “Delta Qrup C.O.” MMC – nin  istehsal müəssisələrində istehsal olunan məhsullar endirimli (zavod) qiymətlərlə satılır.

“Çörəkçi” – 1 firma mağazası 01.05.2015 – ci il tarixində açılmış və alıcıların ixtiyarına verilmişdir. Mağaza Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə, 10 D ünvanında yerləşir.

“Çörəkçi” – 2 firma mağazası 24.01.2016 – cı il tarixində açılmış və alıcıların ixtiyarına verilmişdir. Mağaza Sumqayıt şəhəri, Babək küçəsi, 13 – cü mkr, ev 5 ünvanında yerləşir.

“Çörəkçi” – 3 firma mağazası 07.06.2016 – cı il tarixində açılmış və alıcıların ixtiyarına verilmişdir. Mağaza Sumqayıt şəhəri, Nərimanov prospekti, 5 – ci mkr, sahə 10 ünvanında yerləşir.