XİDMƏTLƏR

Distribusiya

Dağıtım 

“Delta Qrup C.O.” MMC  yeni texnologiyalardan istifadə edərək dağıtım sistemində kəmiyyət və keyfiyyət üzrə qısa müddət ərzində yüksək satışları əldə edə biləcək distribusiya şirkətinə çevrilmişdir. Satış departamentinin əməkdaşları satış sistemində zəngin təcrübəyə malik  yüksək dərəcəli mütəxəssislərdir.  Müəssisəmizin satış mütəxəssislərinin dəqiq və operativ işi nəticəsində bizim məhsullar bütün satış seqmentlərinin aktiv nöqtələrinə çatdırılır.

 

“Delta Qrup C.O.” MMC dağıtım istiqamətində öz operativ fəaliyyətini Azərbaycanın bir çox şəhər və rayonlarında 5000 satış nöqtəsi üzrə aparmaqdadır:

Bakı – 2300
Sumqayıt – 290
Gəncə – 553
Bərdə – 331
Lənkəran – 316
Şirvan – 140
Göyçay – 170
Quba – 450
Zaqatala – 450

İdarəetmə birbaşa baş ofis tərəfindən təyin olunan bölgə meneceri vasitəsi ilə həyata keçirilir. Bölgə menecerinin tabeçiliyində supervayzerlər və satış təmsilçiləri fəaliyyət göstərirlər.
Operativ fəaliyyətimizi təmin etmək üçün şəhər və rayonlar proqram təminatı və loqistik mərkəzlər ilə təmin edilib, satış təmsilçilərinə monitorinq əsasında dəqiq müəyyən edilmiş marşrut verilib və onların baş çəkəcəkləri satış nöqtələrinin klassifikasiyası həyata keçirilib. Bu da öz növbəsində qərəzsiz dağıtım sisteminin fəaliyyətini yüksək səviyyədə saxlaya bilməyimizi təmin edir.
Anbar təsərrüfatının (quru saxlama, müasir soyuducularla təchiz olunmuş anbar) mövcud olması bölgələrə lazımi məhsul çeşidi axınını təmin edir.

Regional filiallarımız:

  • Gəncə - Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 3 saylı çörək zavodu.
  • Bərdə - Bərdə şəhəri, Bakı küçəsi.
  • Lənkəran - Lənkəran şəhəri, Fizuli küçəsi, 63.
  • Şirvan - Şirvan şəhəri, Heydər Əliyev prospekti.
  • Göyçay - Göyçay şəhəri, Çayarxı kəndi.

Regional dilerlərimiz

  • Naxçıvan Muxtar Respublikası
  • Quba
  • Zaqatala

Partnyorlar

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət  “Anchor”, “Доярушка”, “Ammerlander”, “Gut von Holstein”, “Tibet” kimi brendlərin Azərbaycanda rəsmi distributorudur. Bugünkü gündə “Delta Qrup C.O.” MMC ticarət markalarının kompleks şəkildə idarəedilməsi (distributorluq, marketinq) üzrə ixtisaslaşıb.

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti  2005-ci ildə Yeni Zellandiyada yerləşən və süd məhsullarının istehsalı ilə məşğul olan qlobal “Fonterra”a şirkətinə məxsus “Anchor” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır. 10.500 nəfər fermer ailəsi ilə əməkdaşlıq edən  “Fonterra” şirkəti ümumilikdə 22000 nəfər işçi qüvvəsinə malikdir.

Şirkət öz fəaliyyətini Yeni Zellandiyanı ağartı məhsullarının istehsalı üzrə dünyada lider edən minlərlə fermerin miras olaraq qoyduqları təcrübə əsasında qurub. Dünyada süd ixracının təxminən 30%-i bu şirkətin payına düşür. Şirkətin təməli süd istehsal edən kiçik müəssisənin yaradılması ilə 1871 – ci ildə qoyulub. Fonterra qlobal şirkət kimi 2001 – ci ildə Yeni Zellandiyada iki böyük şirkətin (“Dairy Group” və “Kiwi Co-operative Dairies”) birləşməsi nəticəsində yaranıb.

1886 – cı ildə yaranmış və 2016 – cı ildə 130 illik ildönümünü qeyd edilən “Anchor” markası süd məhsulları istehsal etməklə bu sahədəki təlabatı ödəməkdədir. “Delta Qrup C.O.” MMC Azərbaycanda “Anchor” markasına məxsus kərə yağlarının və pendir çeşidlərinin satışını təmin edir.

“Delta Qrup C.O.” MMC 2007 –ci ildən özəl marka olan “Asnaf” xalis qarğıdalı yağlarının satışını təmin edir. Məhsul Sinqapurda SS 590:2013 HACCP standartlarına uyğun sənədləşdirilmiş müəssisədə qablaşdırılır.

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti  2006-ci ildə “Доярушка” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.  Markaya məxsus kərə yağları Yeni Zellandiyada  “Fonterra” şirkətinin “Anchor” markasının istehsalı ilə məşğul olan müəssisəsə tərəfindən istehsal olunur. “Delta Qrup C.O.” MMC Azərbaycanda “Доярушка” markasına məxsus kərə yağlarının satışını təmin edir.

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti  2008-cu ildə Molkerei Ammerland şirkətinə məxsus “Ammerlander” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.  Ammerland süd zavodlarının təməli 1885 – ci ildə yeddi fermer tərəfindən Şimali Almaniyada qoyulmuşdur. 1948 – ci ildə çoxsaylı Ammerland süd zavodları böyük uğurla pendir istehsalına başlayırlar. 1956 – cı ildə Ammerland süd emalı zavodunda və onların  tədarükçülərinə aid təsərrüfatlarda çoxsaylı texniki yeniliklər tətbiq edilməyə başlanılır. 1989 – cu ildə Milchwerke Ammerland-Oldenburg şirkəti qurulur. 1994 – cü ildə Ammerland-Oldenburg beynəlxalq keyfiyyət standartı İSO 9002 sertifikatı alan ilk süd istehsalı ilə məşğul olan şirkətlərdən biri olur. 2000 – ci ildə zavodun adı Molkerei Ammerland ilə əvəz olunur. 2001 – ci ildən etibarən xüsusi “Ammerländer” markası ilə  süd və pendir məhsullarının istehsalına başlanılır. 2008 – ci ildən etibarən şirkətin məhsulları 5 qitə üzrə 50 ölkədə satılır. İstehsalının 40 %- ni xarici ölkələrə ixrac edən şirkət 2010 – cu ildə 125 – ci il dönümünü qeyd etmişdir. “Delta Qrup C.O.” MMC  “Ammerlander” markasının Azərbaycanda “Edamer”, “Gouda”, “Tilsiter” kimi yüksək keyfiyyətli pendir çeşidlərinin satışını təmin edir.

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti 2016 – cı ildə “Gut von Holstein” markasının  Azərbaycanda rəsmi nümayəndəliyini almışdır. 1879-cu ildən etibarən Almaniyanın bir çox əyalətlərində fermerlər tərəfindən süd mərkəzləri yaradılmağa başlanılır. 01.07.1992 – ci il tarixdə  Schleswig – Holstein’də süd və pendir istehsalı ilə məşğul olan müstəqil zavodlar Gut von Holstein adında öz marketinq və satış müəssisələrini yaradırlar. Şirkətin loqotipi Schleswig – Holstein’in rəmzidir və eyni zamanda mənşəyinin zəmanətidir. “Delta Qrup C.O.” MMC “Gut von Holstein” markasının Azərbaycanda sarı pendirlərinin satışını təmin edir.

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti 2016 – cı ildə “Tibet” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır. “Tibet” markası təməli 1945 – ci ildə Türkiyənin Rize şəhərində Sultan Yıldız tərəfindən qoyulan Sultan’lar Qrupa aiddir. Yarandığı vaxtdan etibarən yalnız distribyutor kimi fəaliyyət göstərsə də, sonradan “Tibet”i və “Kenton” qida sənayesini ətrafında birləşdirərək, fəaliyyət sahələrini genişləndirdi. Təxminən 2000 nəfər işçi qüvvəsinə malik şirkət istehsal etdiyi məhsulları dünyanın 55 ölkəsinə ixrac edir. HACCP ve ISO 9001 sertifikatlarına sahib “Tibet” istehsal müəssisələri İstanbul-Kurtköy’də fəaliyyət göstərməkdədir. Hazırda “Delta Qrup C.O.” MMC  “Tibet” markasına aid olan “Cam sil”, “Ernet”, “Saloon”, “Piknik”, “Tibtrap”  kimi subbrendlərinin məhsullarının Azərbaycanda satışını təmin edir.