PARTNYORLAR

Slodych

«Delta Qrup C.O.» MMC 06.12.2017 – ci il tarixində yeni əməkdaşlıq müqaviləsinə imza ataraq, Belarusiya Respublikasının «Слодыч» markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.

«Слодыч» Qənnadı Fabriki 1905 – ci ildən başlayaraq uzun inkişaf yolu keçən Minsk Qənnadı Fabrikinin əsasında 01.11.1994- cü il tarixində təsis edilmişdir. 110 ildən çox tarixi inkişaf yolu keçən fabrik hazırda peçenye və un məmulatları istehsalı üzrə Belarusiya bazarının lideridir. 100 – dən çox peçenye çeşidi istehsal edən fabrikin illik istehsal gücü 15 000 ton təşkil edir.

Yerli bazarın 30% – ni təşkil edən «Слодыч» ticarət markasının məhsulları hazırda Avropa İttifaqı və MDB ölkələrinə, ABŞ, Kanada, Serbiya, Monqolustan, Çin, İsrail və başqa ölkələrə ixrac olunur.

«Слодыч» marka məhsullarının istehsalının ISO 9001-2009, HACCP sistemi ilə sertifikatlaşdırılması, marka məhsullarının yüksək keyfiyyətinə zamənət verir və dünyanın istənilən ölkəsinə ixracına imkan yaradır.

«Слодыч» markasının məhsulları beynəlxalq ixtisaslaşmış yarışmalarda çox sayda mükafata layiq görülüb.

İstehlakçıların fərqli dad seçimlərini nəzərə almaqla  və strukturlaşdırılmış satış sistemi hesabına «Слодыч» güclü və tanınmış markaya çevrilib.