PARTNYORLAR

NZMP

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti  2014-ci ildə süd məhsullarının istehsalı ilə məşğul olan qlobal “Fonterra”a şirkətinə məxsus “NZMP” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır. 10.500 nəfər fermer ailəsi ilə əməkdaşlıq edən  “Fonterra” şirkəti ümumilikdə 22000 nəfər işçi qüvvəsinə malikdir. Şirkət öz fəaliyyətini Yeni Zellandiyanı ağartı məhsullarının istehsalı üzrə dünyada lider edən minlərlə fermerin miras olaraq qoyduqları təcrübə əsasında qurub. Dünyada süd ixracının təxminən 30%-i bu şirkətin payına düşür. Şirkətin təməli süd istehsal edən kiçik müəssisənin yaradılması ilə 1871 – ci ildə qoyulub. Fonterra qlobal şirkət kimi 2001 – ci ildə Yeni Zellandiyada iki böyük şirkətin (“Dairy Group” və “Kiwi Co-operative Dairies”) birləşməsi nəticəsində yaranıb.