PARTNYORLAR

Mühlenhof

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti  2018-ci ildə Molkerei Ammerland şirkətinə məxsus “Mühlenhof” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.  Ammerland süd zavodlarının təməli 1885 – ci ildə yeddi fermer tərəfindən Şimali Almaniyada qoyulmuşdur. 1948 – ci ildə çoxsaylı Ammerland süd zavodları böyük uğurla pendir istehsalına başlayırlar. 1956 – cı ildə Ammerland süd emalı zavodunda və onların  tədarükçülərinə aid təsərrüfatlarda çoxsaylı texniki yeniliklər tətbiq edilməyə başlanılır. 1989 – cu ildə Milchwerke Ammerland-Oldenburg şirkəti qurulur. 1994 – cü ildə Ammerland-Oldenburg beynəlxalq keyfiyyət standartı İSO 9002 sertifikatı alan ilk süd istehsalı ilə məşğul olan şirkətlərdən biri olur. 2000 – ci ildə zavodun adı Molkerei Ammerland ilə əvəz olunur.

“Delta Qrup C.O.” MMC  Molkerei Ammerland şirkətinə məxsus “Mühlenhof” markasının Azərbaycanda “Edamer”, “Gouda”, “Tilsiter” kimi yüksək keyfiyyətli pendir çeşidlərinin satışını təmin edir.