PARTNYORLAR

Fonterra

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti  2005-ci ildə Yeni Zellandiyada yerləşən və süd məhsullarının istehsalı ilə məşğul olan qlobal “Fonterra”a şirkətinə məxsus “Anchor” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır. 10.500 nəfər fermer ailəsi ilə əməkdaşlıq edən  “Fonterra” şirkəti ümumilikdə 22000 nəfər işçi qüvvəsinə malikdir. Şirkət öz fəaliyyətini Yeni Zellandiyanı ağartı məhsullarının istehsalı üzrə dünyada lider edən minlərlə fermerin miras olaraq qoyduqları təcrübə əsasında qurub. Dünyada süd ixracının təxminən 30%-i bu şirkətin payına düşür. Şirkətin təməli süd istehsal edən kiçik müəssisənin yaradılması ilə 1871 – ci ildə qoyulub. Fonterra qlobal şirkət kimi 2001 – ci ildə Yeni Zellandiyada iki böyük şirkətin (“Dairy Group” və “Kiwi Co-operative Dairies”) birləşməsi nəticəsində yaranıb.

1886 – cı ildə yaranmış və 2016 – cı ildə 130 illik ildönümünü qeyd edilən “Anchor” markası süd məhsulları istehsal etməklə bu sahədəki təlabatı ödəməkdədir. “Delta Qrup C.O.” MMC Azərbaycanda “Anchor” markasına məxsus kərə yağlarının və pendir çeşidlərinin satışını təmin edir.

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti  2006-ci ildə “Доярушка” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.  Markaya məxsus kərə yağları Yeni Zellandiyada  “Fonterra” şirkətinin “Anchor” markasının istehsalı ilə məşğul olan müəssisəsə tərəfindən istehsal olunur. “Delta Qrup C.O.” MMC Azərbaycanda “Доярушка” markasına məxsus kərə yağlarının satışını təmin edir.