MARKALARIMIZ

Bismak

Müəssisənin “Bismak” markası ilə istehsal etdiyi şirniyyat və un məmulatları yerli  bazarın lideridir. Markanın məhsullarını istehsal edən “Bismak” zavodu 06.04.2004 – cü il tarixdə təsis edilib.  2005-ci ilin noyabr ayında zavodun açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Zavod 81600 м2 sahəni əhatə edir. Zavodun müasir üslubda tikilmiş üç mərtəbəli ofis binası, 6 istehsal xəttinə sahib “Biskvit” fabriki, 3 istehsal xəttinə sahib “Makaron” fabriki, müasir dəyirman kompleksi,  2 şokolad istehsal xətti, 1 marmelad xətti və 1 draje xəttindən ibarət Şokolad fabriki  var. Zavodda 350 nəfərdən artıq işçi çalışır. “Bismak” zavodunun yaradılmasında məqsəd yeni texnologiyalar əsasında yüksək keyfiyyətli məhsul istehsal etməklə yerli istehsalı gücləndirmək və xarici bazarlara rəqabət qabiliyyətli məhsullar ixrac etməkdir.

“Bismak” zavodunda istehsal olunan məhsullar:

  • Şəkərli peçenye: “Moskva”, “Qız qalası”, “Buratino”, “Nejnoe”, “Milk”, “Glucose”, “Nice”, “Toplyonoye moloko”
  • Sərt peçenye: “Sport”, “Petit Buerre”
  • Pryanik
  • Kreker
  • Vafli
  • Un və Makaron
  • Biskvit
  • Konfet, Marmelad