DELTA QRUP

Biz kimik?

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət 1999 – cu ildə təsis edilmişdir. Müəssisə hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. “Delta Qrup C.O.” MMC yarandığı tarixdən etibarən məhsulları dünya səviyyəsində tanınan şirkətlərlə əməkdaşlıq edir. Müəssisəmiz peşəkar, dürüst və keyfiyyətli fəaliyyəti nəticəsində həmin şirkətlərin rəğbətini qazanıb.

“Delta Qrup C.O.” MMC – də çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 850 nəfər işçi qüvvəsi çalışır. İki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribusiya (dağıtım). Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə iki böyük zavodu fəaliyyətdədir.

 


Tarixçə

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət  “Anchor”, “Доярушка”, “Ammerlander”, “Gut von Holstein”, “Tibet” kimi brendlərin Azərbaycanda rəsmi distributorudur. Bugünkü gündə “Delta Qrup C.O.” MMC ticarət markalarının kompleks şəkildə idarəedilməsi (distributorluq, marketinq) üzrə ixtisaslaşıb.

 

  • 2018 - «Delta Qrup C.O.» MMC 06.12.2017 – ci il tarixində yeni əməkdaşlıq müqaviləsinə imza ataraq, Belarusiya Respublikasının «Слодыч» markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.
  • 2017 - Şirkət yeni ODAD markasını alıcıların istifadəsinə təqdim etdi.
  • 2017 - “Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ildə "Nordex Food” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.
  • 2017 - Təbii kərə yağı olan Golden Cow markası 2017-ci ildən “Delta Qrup C.O.” MMC-nin xüsusi sifarişi əsasında Xerson zavodunda istehsal olunur . “Golden Cow” markasının müəllif hüquqları “Delta Qrup C.O.” MMC –yə məxsusdur və şirkət Azərbaycanda təbii kərə yağının satışını təmin edir.
  • 2017 - “Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ildə "Belyayevskiye məhsulları” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.
  • 2017 - “Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ildə "Zemlyanskmoloko" şirkətinə məxsus “Zemlyanskoe“ markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.
  • 2016 - "Bismak" zavodu tərkibində Konfet istehsalı müəssisəsi fəaliyyətə başlamışdır.
  • 2016 - “Gut von Holstein” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.
  • 2016 - “Tibet” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.
  • 2016 - Sumqayıt şəhərində “Çörəkçi” – 3 firma mağazası açılmış və alıcıların ixtiyarına verilmişdir.
  • 2016 - Sumqayıt şəhərində “Çörəkçi” – 2 firma mağazası açılmış və alıcıların ixtiyarına verilmişdir.
  • 2015 - Sumqayıt şəhərində “Çörəkçi” – 1 firma mağazası açılmış və alıcıların ixtiyarına verilmişdir.
  • 2014 - “Fonterra” şirkətinə məxsus “NZMP” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.
  • 2013 - “Çörəkçi” zavodu fəaliyyətə başlamışdır.
  • 2008 - Molkerei Ammerland şirkətinə məxsus “Ammerlander” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.
  • 2007 - Özəl marka olan “Asnaf” xalis qarğıdalı yağlarının satışını təmin edir.
  • 2006 - “Доярушка” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.
  • 2005 - Yeni Zellandiyada yerləşən və süd məhsullarının istehsalı ilə məşğul olan qlobal “Fonterra” şirkətinə məxsus “Anchor” markasının Azərbaycanda rəsmi nümayəndəliyini almışdır.
  • 2004 - “Bismak” zavodu fəaliyyətə başlamışdır.
  • 1999 - "Delta Qrup C.O." MMC fəaliyyətə başlamışdır.

Missiya

Müştərilər – diqqət mərkəzimiz müştərilərimiz, onların ehtiyac və istəkləridir.
Əməkdaşlar – Qida istehsalı sahəsində ən yaxşı iş yerinin və inkişaf üçün uyğun şəraitin yaradılması.
Məhsul – Biz yalnız fəxr edə biləcəyimiz məhsulları istehsal edirik.
Partnyorlar – Ən yaxşı tərəfdaşlıq şəbəkəsinin yaradılması.
Texnologiya – dünya standartları Azərbaycan bazarında.

Biznes baxışımız

Regionun qida sənayesinin qabaqcıl istehsalçısı olmaq. Fəaliyyət göstərdiyimiz bütün regionlarda bütövlükdə əməkdaşlarımızın, tərəfdaşlarımızın və cəmiyyətin tərəqqisinə və inkişafına şərait yaratmaq. İşimizin əsas prinsipi: biz işimizi mükəmməl səviyyədə yerinə yetiririk.

Dəyərlərimiz

Dürüstlük, Məsuliyyət, Aşkar fəaliyyət, Tam faydalı iş əmsalı, Daimi inkişaf, Yeniliklər


Markalarımız


Partnyorlar