XƏBƏRLƏR

“Delta Qrup C.O.” MMC –nin nümayəndələri beynəlxalq sərgidə

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanı “Made in Azerbaijan” vahid ölkə stendində təmsil edən şirkətlərdən biri də “Delta Qrup C.O.” MMC  olmuşdur.

Dünyanın 120 ölkəsindən bir çox şirkətin iştirak etdiyi sərgidə ölkəmizdən  “Delta Qrup C.O.” MMC makaron, şirniyyat və s. məhsulları ilə təmsil olunmuşdur. Bir birindən ləzzətli məhsulları ilə ölkədə alıcı rəğbətini qazanan şirkət artıq istehsal etdiyi məhsulları Dubayda sərgi  iştirakçılarına təqdim edib. Sərgidə məhsullarımız böyük maraq və rəğbətlə qarşılanıb.

 

 

 

Xatırladaq ki, fevralın 5-9 tarixlərində “PRODEXPO 2018” və “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində  iştirak edən şirkətimiz  artıq  bir neçə aparıcı şirkətlər ilə əməkdaşlığa dair danışıqlıqlara başlamışdır. Beynəlxalq səpgidə təşkil olunan bu tipli sərgilərdə iştirak yalnız  məhsulların nümayişi və satışı ilə bağlı deyil, əsasən Azərbaycanın markalarının Beynəlxalq arenada tanıtımına dəstəkdir.