Pepsi
Natura - Təbiətdən dad
Təbiiliyi ilə fərqlənən meyvə şirəsi
Pepsi
Pepsi
Mountain Dew

Haqqımızda

Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir.

Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Eyni ildə qida & içki sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir. Günümüzədək bu dəyərli tərəfdaşımızla əlaqələrimizi daha da genişləndirməyə və gücləndirməyə əzmlə müvəffəq olmuşuq.

Şirkətimizin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların istehsalı və satışıdır. Uzun və keşməkeşli bir yol qət edərək içki sektorunda bazarın aparıcı şirkətlərindən birinə çevrilmişik. Bütün regionları əhatə etmək və öz müştərilərimizə daha yaxşı xidmət göstərmək məqsədilə regionlarda distributorlarla əməkdaşlığımızın sayını gündən-günə artırırıq.

Karyera

Karyeranızda inkişaf və yüksəlişə hazırsınız?

Təcrübə və bacarıqlarınızı bizimlə birləşdirməklə nəyə nail ola biləcəyinizi təsəvvür edin!

Biz gələcəyin liderləri olmağa hazır, qlobal anlayışa malik, innovativ düşünən və bu perspektivi həyata keçirən işçilər axtarırıq.

Bizim əməkdaşlıq mədəniyyətimiz, ixtisasınız üzrə davamlı inkişaf, yeni karyera imkanları, innovativ yanaşma, peşəkar və mehriban kollektivlə işləmə imkanı yaradır.

Burada siz, bilik və bacarıqlarınızı sürətlə inkişaf etdirməklə yanaşı, insanların həyatlarını yaxşılaşdıracaq layihələrin öhdəsindən gəlmiş olacaqsınız. Təşəbbüskarlığınız və işə məsuliyyətiniz həmkarlarınız və rəhbərlik tərəfindən daim yüksək qiymətləndiriləcəkdir.

Komandamıza qoşulun və bizdən biri olun.

Bizimlə əlaqə